Xarkov müharisəyə alınıb
Xarkov müharisəyə alınıb - Ukraynanı əhalinin sayına görə ikinci böyük şəhəri Xarkov tamamilə rus qoşunları tərəfindən mühasirəyə alınıb. 

"24 saat" xəbər verir ki, Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov Xarkov vilayətindəki vəziyyəti açıqlayıb.

- Fövqəladə vəziyyət elan olunub .

- Atışma demək olar ki, bütün istiqamətlərdə davam edir. Ukrayna Silahlı Qüvvələri öz mövqelərini cəsarətlə müdafiə edir.

- Peçeneqskaya bəndinə aparan körpü partladılıb, hərbçilərimiz müdafiə xəttini qoruyur.

- Regionun daha min sakini könüllü olaraq Ukrayna sərhədlərinin müdafiəsinə qoşulub , 900 nəfər artıq döyüş mövqelərindədir.

- Sürücülər tələb olunur . Hərbi texnika üçün DEYİL. Sürücünün ixtisasına malik olanlar - zəhmət olmasa, Poltava yolu 13/15, Şevçenkovski RTCK və Novobavarski RTCK ünvanları ilə əlaqə saxlayın.

- Bütün strateji və sosial əhəmiyyətli obyektlər qida və içməli su ilə təmin olunub.

- Rayonda donor qanı və plazma ehtiyatı var. Ancaq onların yenilənməsi lazımdır , bu, həm mülki şəxslər, həm də hərbçilər üçün faydalı ola bilərlər. Zəhmət olmasa qan mərkəzlərinə müraciət edin.

- Dvoriçanskaya və Veliko Burlutskaya qəsəbələrində, eləcə də Kazaçya Lopanda qaz kəmərinin zədələnməsi nəticəsində qaz təchizatında fasilələr yaranıb. .

- Biz Ukrayna ordumuzu dəstəkləyirik!

 
https://bit.ly/3t6Qsqp

Yorumlar

Bu blogdaki popüler yayınlar