Kayıtlar

Şubat, 2022 tarihine ait yayınlar gösteriliyor
Resim
Ukrayna Hərbi Hava Qüvvələrinin kimliyi açıqlanmayan, amma “Kiyev kabusu” ləqəbi alan qəhrəman pilotu artıq 16 Rusiya təyyarəsini vurub. Bu barədə Ukrayna mənbələrində bildirilir. Həmin pilotun vurduğu təyyarələrin sayı fevralın 26-da artıq 5-ə çatmışdı və prezident Volodimir Zelenski ona ölkənin Milli Qəhrəmanı adını vermişdi. Lakin pilot bu rekordla kifayətlənmir və hər gün Rusiya təyyarələrini vurmaqda davam edir. “Sergey Naumovich” adlı istifadəçi yazır ki, o nəhayət həmin pilotun kimliyini dəqiqləşdirə bilib.   “Öyrəndim. O heç də Ukrayna ordusunun döyüş ruhunu qaldırmaq üçün düşünülmüş hərbi mif deyil, hansı ki, bunun özü də gərəklidir. O, “Kiyev kabusu” həqiqətən mövcuddur. Familiyasını əlbəttə, məxfi saxlayırlar. Amma artıq hesabında 16 vurulmuş “quş” var. Deyirlər ki, Rusiya pilotları Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələrindən yox, ondan daha çox qorxurlar. Qorxurlar ki, bu oğlan onların quyruğuna keçə və qırıcının manipulyatorundakı qırmızı düyməni basa bilər. O haradan...
Resim
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Avropa İttifaqının hərəkətləri və onun Ukraynadakı hadisələrdəki rolu cavabsız qalmayacaq, Rusiya sanksiyaları nəzərə almadan mühüm milli maraqlarının həyata keçirilməsini təmin etməyə davam edəcək. "Avropa İttifaqının (Aİ) hərəkətlərinə sərt cavab veriləcək. Rusiya sanksiyalar və onların təhdidlərini nəzərə almadan həyati əhəmiyyət kəsb edən milli maraqların həyata keçirilməsini təmin etməyə davam edəcək. Artıq Qərb ölkələrinin qlobal iqtisadiyyatda bölünməz hökmranlıqlarını anlamalarının vaxtı çatıb və hətta çoxdan keçmişdə qalıb”, - sənədin mətnində deyilir. Orada qeyd edilir ki, "Ukrayna Silahlı Qüvvələrinə ölümcül silahların və yanacaq-sürtkü materiallarının tədarükü ilə məşğul olan Aİ vətəndaşları və strukturları davam edən xüsusi hərbi əməliyyat kontekstində bu cür hərəkətlərin istənilən nəticələrinə görə məsuliyyət daşıyacaqlar. Onlar bunun əhəmiyyətini və nəticələrinin təhlükəsini başa düşməyə bilməzlər. ...
Resim
Rusiyanın Ukraynaya təcavüzü davam edən ərəfədə Ukrayna Müdafiə Nazirliyi təslim olan rus əsgərlərinə toxunulmazlıq və pul yardımı üçün zəmanət verdi. Müdafiə naziri Aleksey Reznikov açıqlamasında “Rus əsgəri, səni ölmək və öldürülmək üçün torpaqlarımıza göndərdilər. Cinayət sayılan əmrlərin yerinə yetirilməsi üçün. Əgər silahınızı yerə atsanız, sizə toxunulmazlıq və 5 milyon rubl (təxminən 80 min manat) pulun ödənilməsi üçün zəmanət veririk". Reznikov təslim olmaq istəməyən işğalçılara rəhm edilməyəcəyini də bildirib. "24 saat" https://bit.ly/3hsUV1w
Resim
Ukraynanın Sumı bölgəsində bu gün Rusiya ordusunun 100 ədədə yaxın hərbi texnikası bir dəfəyə məhv edilib. Bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski öz Teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, bu, Lebedinski rayonunda baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar” pilotsuz uçan aparatından hazırlanmış videoda düşmən maşınlarının dayanacağına vurulan zərbə əks olunub. https://bit.ly/3K6HsZA
Resim
Rusiyanın Ukraynaya hücumları davam edərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası növbədənkənar iclas keçirib. İclasda çıxış edən BMT-nin baş katibi Antonio Quterreş “Ukraynadakı münaqişələr dayandırılmalıdır. Münaqişə bütün ölkə boyu - hava, quru və dəniz yolu ilə yayılır. İndi dayanmalıdır. Rusiya raketləri və hava bombardmanları gecə-gündüz Ukrayna şəhərlərini vurur. Paytaxt Kiyev hər tərəfdən mühasirəyə alınıb”. “3 MİLYON İNSAN TƏHLÜKƏ ALTINDADIR” Davam edən hücumlar nəticəsində paytaxt Kiyevdə 3 milyon insanın təhlükə altında olduğunu bildirən Quterreş, “Ukrayna hökuməti ölkənin müdafiəsində iştirak etmək üçün əhaliyə çoxlu sayda silah paylayıb. "BMT QAK-ın məlumatına görə, yarım milyon ukraynalı artıq ölkəsini tərk edib" dedi. Mülki yaşayış məntəqələrinə də ciddi ziyan dəydiyinə dair etibarlı məlumata sahib olduqlarını bildirən Qutteres "Rusiya hücumlarının əsasən hərbi obyektləri hədəf aldığı bildirilsə də, uşaqlar qarışıq dinc əhalinin ölüm...
Resim
"24 saat" xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzə başladığı gündən indiyə qədər verdiyi itkilər barədə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar yeni açıqlama yayıb. Rusiyanın itkiləri: Təyyarə  - 29 Helikopter -  29 Tank - 191  Zirehli döyüş maşını - 816 Top - 74 SAM BUK - 1 Şəhər - 21 Avtomobil - 291 Tanker - 60 İHA OTR - 3 Gəmi / qayıq - 2 PPO - 5 Şəxsi heyət - 5300 https://bit.ly/3JYVFrl
Resim
Ukrayna ordusuna məxsus “Bayraktar” pilotsuz uçan aparatı Rusiyanın “BUK” zenit-raket kompleksini məhv edib. https://bit.ly/3sqnbYF
Resim
"24 saat" xəbər verir ki, Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko Belarus ərazisindən atılan “İsgəndər”-in videosunu paylaşıb.  “İsgəndər” raketləri bazar günü Belarus ərazisindən Ukraynaya doğru atılıb. Onlar Jitomir hava limanına düşüb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib. "İskəndərlərin saat 17:00 radələrində Mozır vilayətindən Ukraynaya atılması", - Geraşenko teleqramında yazıb. O, həmçinin raketin atıldığını göstərən video yayımlayıb. Geraşşenkonun sözlərinə görə, atışma Belarusla həmsərhəd olan Rivne vilayətində aparılıb. Geraşenko daha sonra əlavə edib ki, raketlər Jitomir hava limanına düşüb. İndi Ukrayna və Belarusun sərhəddindəki Pripyat çayı ərazisində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılır. Lukaşenka Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı “Ukrayna nümayəndə heyətinin səfəri, danışıqları və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyar...
Resim
ABŞ prezidenti Cozef Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ Üçüncü dünya müharibəsi olardı. Bu barədə Amerika lideri bloqer Brayan Koenə müsahibəsində deyib. “Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, - Amerika lideri bildirib. Onun sözlərinə görə, sanksiyalar dərhal nəticə verməyəcək: “Dərhal nəticə verəcək bir sanksiyalar yoxdur. Elə bir şey yoxdur ki, sən kiməsə sanksiya tətbiq edəsən və daha Rusiyanın prezidenti ola bilməyəcəyini söyləyəsən. Amma mən hesab edirəm ki, bu sanksiyalar tarixdə ən böyük iqtisadi və siyasi sanksiyalardır”. "24 saat" https://bit.ly/3pk7PD8
Resim
Ramzan Kadırovun istifadə etdiyi Instagram hesabı Çeçenistan liderinin ABŞ-ın sanksiya siyahısına salınması ilə əlaqədar silinib, İnstaqram sahibinin sözçüsü bildirib. Ramzan Kadırovun qeyri-rəsmi hesabından əlavə, onun tərəfdaşlarının İnstaqram səhifələri də hazırda aktiv deyil. “24 saat” 2017-ci ilin dekabrında Ramzan Kadırovun “Facebook” və “Instagram”dakı rəsmi hesablarının bağlandığını bildirib. Bloklamadan sonra “Za_kadyrov_95” Instagram hesabında Çeçenistan liderinin adından mesajlar yerləşdirilib. Çeçenistan Milli Siyasət Naziri Djambulat Umarovun sözlərinə görə, yuxarıdakı hesab Ramzan Kadırovun şəxsi və ya rəsmi hesabı deyil. "24 saat" https://bit.ly/3HouEfi
Resim
"Bütün bölmələrə əmr verildi": Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsindən sonra hücumun stratejiyası barədə məlumat verib. Rəsmi Kiyev danışıqlardan imtina etdikdən sonra rus qoşunlarının bölmələrinə xüsusi əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu gücləndirmək etdirmək əmri verilib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Departamentdə qeyd edildiyi kimi, Kiyev rejimi sakinlərə silah və sursatları nəzarətsiz şəkildə paylayır ki, bu da qəzalara və insan tələfatına səbəb ola bilər. Rusiya kəşfiyyatı bildirir ki, ukraynalı millətçilər mülki şəxsləri döyüşmək üçün yaşayış məntəqələrinə raket və artilleriya bölmələri ilə birlikdə yerləşdirir. "24 saat" https://bit.ly/3JYqwEu
Resim
Özünü "Hacktivist qrup" kimi təqdim edən hakerlərdən ibarət "Anonymous" qrupu Rusiya Müdafiə Nazirliyinin - mil.ru vebsaytı dağıdıb və məlumat bazasını paylaşıb. "24 saat" xəbər verir ki, "Anonymous" əldə etdiyi məlumatları bu lindən paylaşıb. https://mega.nz/file/U3JAGRKL#fvwxJOQgODvHTKK37d5vaU3eCi8E3B5atDe1fXu_Zjs Rus MOD-un bütün şəxsi məlumatlarını buradan yükləyə bilərsiniz https://bit.ly/3skrIvG
Resim
Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Oboloni rayonuna soxulublar. Nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb. “Oboloni rayonunda düşmənin diversiya-kəşfiyyat qrupları var. Vətəndaşlardan xahiş edirik texnikanın şübhəli hərəkəti barədə dərhal məlumat versinlər. “Molotov” kokteyli hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz! Dinc sakinlər, ehtiyatlı olun! Evlərinizi tərk etməyin!”,-müraciətdə bildirilir. Az əvvəl Kiyev vilayətinin Hostomel şəhərindən paytaxta doğru Ukrayna ordusunun yük maşınlarında  hərəkət edən Rusiya diversantlarının isə artıq məhv edildiyi bildirilir. *** Kiyev yaxınlığındakı Hostomel şəhərində Ukrayna ordusunun hərbçiləri Rusiya qüvvələri ilə yaxın döyüş aparır. Bu barədə sosial şəbəkələrdə videokadrlar yayılıb. Habelə Vorzele rayonunda, Kiyevin Obolon və Vinoqradar rayonlarında atəş səsləri e...
Resim
Müdafiə naziri Aleksey Reznikov öz Facebook səhifəsində yazıb ki, Luqansk və Sumı bölgələrində və Kiyevin şimalında ağır döyüşlər gedir. Onun sözlərinə görə, ölkənin cənubunda çətin vəziyyət yaranıb, lakin “düşmən bunu gözləmirdi”. “Düşmən Xarkov yaxınlığında dayandırılıb. Şərqdə bir çox bölgədə susdurulub geri çəkildi. Rusiyalı işğalçılar artıq təslim olur. Kreml havadan hücum da daxil olmaqla yeni hücum dalğası hazırlayır. Amma ordumuz onunla görüşməyə hazırdır”, - Reznikov bildirib. Müdafiə naziri xatırladıb ki, Ukrayna silahlı qüvvələri tərəfdaşlardan alınan müasir silahlardan fəal şəkildə istifadə edir və dünya ictimaiyyəti sanksiyalar tətbiq etməyə başlayır. “Silahlı qüvvələr, sərhədçilər, xilasedicilər, digər güc strukturlarının döyüşçüləri qəhrəmancasına müdafiə olunurlar. Bütün xalq yavaş-yavaş müqavimətə qoşulur. Artıq minlərlə vətəndaş Ərazi Müdafiə Qoşunlarının sıralarına qoşulub... Sabah rusiyalılalar Putinin əməllərinin nəticəsini görəcəklər. Biz öz torpağımızdayıq və ger...
Resim
“Sumı vilayətində ərazi müdafiə bölməsi Rusiya ordusunun döyüş hissələrini atıcı silahlardan istifadə edərək məğlubiyyətə uğradıb”. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilib. “Düşmən qorxur! Biz düşməni məhv etməyə hazır olan Ukrayna vətəndaşlarına müraciət edirik - balkondan bir şüşə yandırıcı məhlul və ya düşmənin şəxsi heyətinin olduğu maşına atıcı silahlardan atəş açmaq düşmən üçün əvəzedilməz itkidir”, - deyə Malyar bildirib. 24saat.org https://bit.ly/3pa04PZ
Resim
Xarkov müharisəyə alınıb - Ukraynanı əhalinin sayına görə ikinci böyük şəhəri Xarkov tamamilə rus qoşunları tərəfindən mühasirəyə alınıb.  "24 saat" xəbər verir ki, Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov Xarkov vilayətindəki vəziyyəti açıqlayıb. - Fövqəladə vəziyyət elan olunub . - Atışma demək olar ki, bütün istiqamətlərdə davam edir. Ukrayna Silahlı Qüvvələri öz mövqelərini cəsarətlə müdafiə edir. - Peçeneqskaya bəndinə aparan körpü partladılıb, hərbçilərimiz müdafiə xəttini qoruyur. - Regionun daha min sakini könüllü olaraq Ukrayna sərhədlərinin müdafiəsinə qoşulub , 900 nəfər artıq döyüş mövqelərindədir. - Sürücülər tələb olunur . Hərbi texnika üçün DEYİL. Sürücünün ixtisasına malik olanlar - zəhmət olmasa, Poltava yolu 13/15, Şevçenkovski RTCK və Novobavarski RTCK ünvanları ilə əlaqə saxlayın. - Bütün strateji və sosial əhəmiyyətli obyektlər qida və içməli su ilə təmin olunub. - Rayonda donor qanı və plazma ehtiyatı va...
Resim
Ukrayna Silahlı Qüvvələri öz müdafiə mövqelərini möhkəm saxlayır. Çerniqov vilayətində düşmənin qarşısı alınıb. Xarkov istiqamətində və düşmənin canlı qüvvə və texnikadan itki verdiyi Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsində şiddətli döyüşlər gedir. Bizim qüvvələrimiz MARIUPOL və ŞAŞASTİYA üzərində tam nəzarəti ələ keçirib. Ən azı altı təyyarə, iki helikopter və düşmənin onlarla zirehli texnikası məhv edilib. Xarkov istiqamətində vəziyyət ağırdır, lakin Ukrayna Müdafiə Qüvvələri işğalçıya qarşı mübarizə aparır.   "24 saat" https://bit.ly/3Ijniej
Resim
Dünya liderləri Rusiyanın Ukraynaya hərbi hücumunu qınayıb, Qərb mərkəzləri Moskvaya qarşı yeni sanksiyalar vəd edib və BMT baş katibi münaqişənin “dərhal dayandırılmasını” tələb edib. Rusiyanın təcavüzünə qarşı olan bəzi reaksiyalar: ABŞ prezidenti Co Bayden Təcavüzün başlamasından qısa müddət sonra Co Bayden "Bütün dünyanın duaları bu gecə Rusiya hərbi qüvvələrinin səbəbsiz və əsassız hücumuna məruz qalan Ukrayna xalqı ilə birlikdədir" dedi. O, “Bu hücumun nəticəsində yaşanacaq ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır” deyə xəbərdarlıq edib. “Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”, o əlavə edib. Böyük Britaniyanın baş naziri Boris Conson “Ukraynada baş verən hadisələrdən dəhşətə gəldim və növbəti addımları müzakirə etmək üçün prezident Zelenski ilə danışdım” deyə, Britaniya lideri Twitter hesabından yazıb. “Prezident Putin Ukraynaya qarşı bu əsassız hücumu həyata keçirməklə qan tökmək və məhv etmək yolunu tutdu. Böyük Britaniya və müttəfiqlərimiz qət...
Resim
Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Rusiya dövlətimizə qarşı yeni hərbi əməliyyata başlayıb, bütün Ukraynada hərbi vəziyyət tətbiq olunur Bu gün səhər saatlarında Rusiya dövlətimizə qarşı yeni hərbi əməliyyata başlayıb. "24 saat" xəbər verir ki, nazirlik qeyd edib ki, bu, əsassız hiyləgər və rüsvayçı bir işğaldır. "Hərbi və digər mühüm müdafiə obyektlərinə zərbələr endirilir, sərhəd bölmələri hücuma məruz qalır, Donbasda vəziyyət pisləşib. Ukrayna Silahlı Qüvvələri, dövlətin bütün xüsusi və hüquq-mühafizə orqanları döyüş hazırlığı vəziyyətindədir. Milli Təhlükəsizlik və Müdafiə Şurası fövqəladə rejimdə işləyir. Hərbi vəziyyət tətbiq olunacaq Diplomatlarımız dünyanı baş verənlərlə bağlı məlumatlandırırlar. Ukraynalılar öz azadlıqlarını və müstəqilliklərini heç vaxt heç kimə verməyəcəklər. Yalnız biz, bütün Ukrayna vətəndaşları 1991-ci ildən öz gələcəyimizi müəyyən edirik. Amma indi təkcə dövlətimizin taleyi deyil, həm də Avropada həyatın necə olacağı həll olunu...
Resim
Müttəfiqlik Bəyannaməsi Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək, Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavi...
Resim
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və əməkdar jurnalist Tofiq Abbasov efirdə əlbəyaxa dava ediblər.    “24 saat” xəbər verir ki, hadisə “Yeni Müsavat”ın efirində baş verib. Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib. “Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”. Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib. Həmin görüntüləri təqdim edirik: https://bit.ly/3sZA7Uv
 Fransa prezidenti Francois Hollande-in Bakıya rəsmi səfərini işıqlandıran iki jurnalist - Laurent Richard və Emmanuel Bach Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıblar.Rəsmi nümayəndə heyətinə daxil olan bu jurnalistlər prezidentin səfəri başa çatandan sonra daha iki gün qalıb ölkəni tərk edərkən 15 nəfər tərəfindən saxlanıb. Bu məlumatı AzadlıqRadiosuna «France-2» ictimai kanalının «Premier Lignes» araşdırma proqramının baş redaktoru Benoit Bringer telefonla bildirib. Saxlanan jurnalistlərin çəkiliş avadanlığı və materialları, yaddaş kartları əllərindən alınıb. Baş redaktorun sözlərinə görə, materiallar alınandan sonra onları məcburən təyyarəyə mindiriblər: «Onlar materiallarsız geri dönmək istəmirdilər. Amma zorla təyyarəyə mindirib Fransaya yola salıblar». Benoit Bringer materialların götürülmə səbəbini anlamadığını söyləyib: «Bir səbəb o ola bilər ki, bu çəkiliş və müsahibələri insanların görməsini istəmirlər. Beləcə, bunun da qarşısını aldılar». Baş redaktor ...
Resim
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Məlikməmməd Qurbanov həbs edilib. Hərbi Prokurorluqdakı mənbədən “Qafqazinfo”ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir. Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Qurbanovun saxlanılması rəsmən təsdiqləndi. Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd olunub ki, Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. "24 saat" https://bit.ly/3JF2ai...
Resim
Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. "24 saat"-ın məlumatına görə, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Məhkəmənin qərarı ilə M.Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Doğma kəndinə qanunsuz gedən müğənni Manaf Ağayev həbs olundu Xatırladaq ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib: “Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla...
Resim
2014-2019-cu illərdə İmişli rayonunun Yalavac, Məhəmmədli və Rəsullu kəndlərinin bələdiyyə sədri olmuş Qəhrəman Qəhrəmanov deyir ki, pul verərək bu vəzifəyə təyin edilib. "Bankdan kredit götürdüm, icra başçısına verdim, bələdiyyə sədri oldum. Yəni haqqımı verib, bələdiyyə sədri olmuşam", – Qəhrəmanov fevralın 18-də İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin məhkəməsində belə deyib. O, məhkəmədə şahid qismində dindirilib. "Min istədi, dedim yoxumdur" Qəhrəmanov iddia edir ki, sabiq icra başçısı hətta Əfqanıstan döyüşlərində iştirakına görə sonradan ona göndərilən ordenin təqdimatına görə də rüşvət istəyib: "Min istədi, dedim yoxumdur, 500 verdim, ordeni sinəmə taxdı...". Sabiq bələdiyyə sədrinin sözlərinə görə, xidmətlərinə görə ümumilikdə 14 orden və medalları var. Keçmiş icra başçısı isə onun yalan danışdığını və qərəzli olduğunu bildirib. Hacıyevin sözlərinə görə, bələdiyyə sədri işlədiyi dövrdə Qəhrəmanovun fəaliyyətinin araşdırılmasından ötrü Ə...
Resim
Anar Rzayev şirkətinə 12 ölkəyə yükdaşıma icazəsi verib Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev telekanallara verdiyi müsahibədə "kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz” deməklə xəbərin əsassız olduğunu bildirib. Qaynarinfo Anar Rzayevin "ədalət tərəzisi"ni yoxlamaq üçün araşdırma aparıb. Öncədən qeyd edək ki, Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan "Van der Вal Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir. Araşdırmalardan bəlli olur ki, Anar Rzayevin "ədalət prinsipi” daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu "Van der Вal Intl. Transport Bakı" şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi...
Resim
Mehdiyevi istefa verməyə kim razı salıb? “Ramiz Mehdiyevin AMEA prezidentliyindən istefa verməyə keçmiş daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov razı salıb”. Bu barədə “Gününsəsi”nə məlumatlı mənbə xəbər verib. Mənbə qeyd edib ki, onları uzunmüddətli dostluq münasibətləri birləşdirir və tez-tez süfrə başında bir araya gəlirlər. Bu günlərdə Usubov Mehdiyevlə görüşərək onun ətrafında baş verən qalmaqalı müzakirə edib. “Keçmiş nazir dostuna müqavimət göstərməyin mənasız olduğunu, istefa verməyin ən düzgün yol olduğunu söyləyib”,-mənbə vurğulayıb. Xatırladaq ki, R.Mehdiyev mətbuata açıqlamasında barəsində səsləndirilən ittihamları “boş söhbətlər” adlandırıb, istefa vermək niyyətində olmadığını bildirib və ancaq ölkə prezidentinin bu səlahiyyətinin olduğunu deyib. Amma bir gün sonra fikrini dəyişərək yaş həddinə görə AMEA-dan ayrılacağını açıqlayıb. Bununla belə o hələlik istefası ilə bağlı prezidentə müraciət etməyib. Tarixini açıqlamasa da, bildirib ki, ölkə başçıs...