İran SEPAH səviyyəsində Azərbaycan Respublikasının Tehrandakı səfirliyində törətdiyi son terror hadisəsinin böyük rezonans yaratmasında sonra faktları kənara qoyaraq heç bir sübutu olmayan xəbərlərlə gündəmi dəyişməyə cəhd göstərir.
İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbə hesab olunan Nurnews portalı Şirazın Şahçerağ ziyarətgahında baş verən son terror aktını törədən terrorçuların Azərbaycan Respublikası pasportuna malik olduqlarını bildirən sərsəm xəbər dərc edib. Amma yazıda heç bir faktdan söhbət getmir.
“Şirazda yerləşən Şahçerağ ziyarətgahına hücumü həyata keçirən terrorçulardan bir neçəsi Azərbaycan pasportuna malik olub ancaq İran heç vaxt bu mövzunu terrorçularla Azərbaycan Respublikası dövləti arasında əlaqə faktı kimi qəbul etmək istəməyib. Məhz buna görə də rəsmi Bakının da səfirliyə hücum hadisəsinə münasibətinin böhranı artırmağa deyil, məsələnin həllinə yönəlik olması gözlənilirdi.”,- Nurnews yazır. az24saat.org https://www.az24saat.org/24 saat https://bi...
Kayıtlar
Ocak, 2023 tarihine ait yayınlar gösteriliyor
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
"24 saat" xəbər verir ki, İsrail pilotsuz təyyarələri İrandakı bir çox hərbi obyekti vurub İran Müdafiə Nazirliyinə məxsus İsfahan sursat istehsal mərkəzi (aşağıdakı şəkillər) daxil olmaqla üç güclü partlayış baş verib. İsrail mənbələri İranın 5 vilayətində: Qərbi Azərbaycan (Xoy), Şərqi Azərbaycan (Azərşəhr), Kərəc, İsfahan və Həmədanda 5 partlayışın baş verdiyini bildiriblər. Hərbi təyyarələrin Tehran yaxınlığında havaya qalxması ehtimalı var. Məlumatı İran İslan respublikasının Müdafiə Nazirliyi qismən təsdiqləyib. Nazirlik rəsmi açıqlamasında dronlardan birinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini, digərinin isə HHM-in “tələsinə” düşərək partladığını açıqlayıb. Qurum itkilərin olmadığı və zavoda “əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub. "24 saat" xəbər verir ki, İsrail silahlı qüvvələri hazırda Suriyada İran hərbi bazalarını da bombalayır. https:...
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Xəbər verdiyimiz kimi, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində İran İslam Respublikasındakı Azərbaycan səfirliyinə hücum olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Hücum edən şəxsin “Kalaşnikov” markalı avtomatla mühafizə postunu yardığı qeyd olunub. Bildirilir ki, hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib: “Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir”. XİN əlavə edib ki, hazırda bu “xain hücum”la bağlı araşdırma gedir: “Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. Ancaq nazirlik qətlə yetirilən şəxsin kimliyini açıqlamayıb. https://www.az24saat.org/24 saat https://bit.ly/3XJeMNd
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
“Qarabağ” günəbaxan tumlarının nailiyyət və etibarından sui-istifadə edən qondarma istehsal müəssisəsi aşkar edilib. Bu barədə KAİM.az-a “Qarabağ” günəbaxan tumları istehsal müəssisəsinin rəhbəri, sahibkar Taleh Mətləb oğlu Muradov məlumat verib. Məlumata görə, qəbul edilmiş standartlara cavab verməyən, sanitar-gigiyenik qaydalara riayət etməyən “istehsal müəssisəsi” uzun müddətdir ki, Bərdə şəhəri H.Əliyev prospekti, Laçın rayon qaçqın məktəbinin həyətində fəaliyyət göstərir. Lakin, rəzillik bununla bitmir. Taleh Muradovun sözlərinə görə, Zaur Abuzər oğlu Məmmədovun rəhbərliyi ilə qanunsuz fəaliyyət göstərən qondarma müəssisə “Qarabağ” günəbaxan tumlarının adını və loqosunu mənimsəyib. Eyni ad və loqo altında istehsal edilən məhsulların dadının müxtəlifliyi həqiqi müəssisənin etibarını ciddi şəkildə zədələyib. Alıcı sayında kəskin azalmanın müşahidə olunması isə sağlam bazar rəqabətində bir sıra ciddi problemlər yaratmaqda davam edir. Məlumatda o da bildirilir ki, “Qarabağ” günəbaxan ...
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Oxucu Məktubu
Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sferasında da qloballaşan dünya səhiyyəsinə inteqrasiya etməyə çalışır. Qısaca onu deyək ki, səhiyyənin başlıca problemlərindən biri olan modern tələblərə cavab verən kadrlarla bağlı problem bu gün minimuma enməkdədir. Hazırda "Hippokrat andı"na sadiq, bəşəri dəyərləri maddiyyatdan üstün tutan, xalqın "loğman" adlandıra biləcəyi həkimlər vətəndaş-dövlət münasibətlərində ümdə körpü rolunu oynamaqdadır. Belə həkimlərdən biri də, Əliyev Akif Həmid oğludur. Akif Əliyev 1964-cü ildə Bakının Şüvəlan qəsəbəsində doğulub. 1983-cü ildən Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanada tibb-qardaşı kimi fəaliyyətə başlayan Akif Əliyev həkim kimi 1987-ci ildən etibarən Novxanı kəndində fəaliyyətə başlayıb. O, hazırda 15 saylı birləşmiş Şəhər Xəstəxanasının poliklinikasında uşaq həkimi kimi ümidsiz ailələrə sevinc bəxş edir. Onunla şəxsən tanışlığım yoxdur. Sadəcə eşitdiklərim və gördüklərim məndə Akif həkim bar...
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
"24 saat" xəbər verir ki, bu sözləri iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsisçisi və sədri (2015-2021), Ratqers Universitetinin müəllimi Qubad İbadoğlu feysbuk profilindən paylaşıb. "Bu qədər fırıldaq, yalançı, xalqını aldadan, pensiyaçılarını ələ salan anti-milli hakimiyyət barədə nə oxumuşam, nə də eşitmişəm". Çox təəssüf ki, siz bu hakimiyyətin yalanlarına 30 ildir ki, "inanır" və dözürsünüz. Baxın, Qanuna görə hər il orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir. Hazırda Azərbaycanda əmək pensiyalarının minimum məbləği 240 manatdır, indeksləşdirmə 15 faiz gözlənilir, bu halda minimum pensiya məbləği avtomatik olaraq 276 manata (240 x 15 faiz = 36 manat) qalxır. Bunu bilə-bilə prezident sərəncam verib ki, pensiyaların minimum məbləğini 280 manata qaldırılsın. Axı İlham ...