Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Bəylər Eyyubov və Ramiz Mehdiyevin həbsdə olan iş adamı Rasim Məmmədovla işgüzar münasibətdə olduğunu bildirib. Jurnalist Əvəz Zeynallov və vəkil Elçin Sadıqovun həbsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir çox şəxs gecə saatlarında baş tutan məhkəmə prosesini və yayılan səsyazısının mahiyyətini əsas götürərək həbslərin siyasi olduğunu iddia ediblər. Onların bu fikrə gəlmələrinə əsas zəmin yaradan məqam isə məlum həbslərdən bir neçə gün əvvəl həbsdə olan iş adamı Rasim Məmmədovun adından yayılan "son 10 ildə verdiyim bütün rüşvətlərin qeydini aparmışam" deməsi, bundan sonra isə tanınmış jurnalist Əvəz Zeynallının Eynulla Fətullayev tərəfindən yayılan səs yazına cavab olaraq "iadə edim" dedikdə bəzi sənədləri nəzərdə tutduğunu deməsi olub. Hazırda cəmiyyətinin böyük qismi Əvəz Zeynalov və Elçin Sadıqovun gecə yarısı həbs olunmasının məhz bu məqamla əlaqəli olduğunu düşünürlər. Məsələ ilə bağlı haqqin.az saytının...
Kayıtlar
Eylül, 2022 tarihine ait yayınlar gösteriliyor
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu saytda “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı haqqında ittihamlar yazıb. Həmin ittihamlarda jurnalistin hazırda həbsdə olan “Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat aldığı, amma onu müdafiə etmədiyi yazılıb. Saytın paylaşdığı səs yazısında Əvəz Zeynallı “görüşək, iadə edim” deyir ki, Eynulla Fətullayev bu sözü alınan pulun qaytarılması istəyi kimi təqdim edilib. Rasim Məmmədovun vəkili Elçin Sadıqov Gununsesi.info-ya açıqlamasında bu haqqda danışıb: “Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”. Xatırladaq ki, Eynulla Fətullayev qanunsuz şəkildə ermənilərin işğal etdiyi Qar...