Kayıtlar

Ağustos, 2022 tarihine ait yayınlar gösteriliyor
Resim
Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir.  "24 saat"a müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir. “Cuiaba Esporte Clube-Atletiko Mineiro klubları arasındakı oyuna 10 AZN pul qoymuşam. Hər iki komandanın qol vuracağını proqnozlaşdırmışam. Kuponum gəlib. Lakin şirkət vurğudum pulu geri qaytarsa da, uduşu vermək istəmir. Uduşun məbləği 55.10 AZN-dir”, - deyə vətəndaş bildirib. Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. Şikayətçi iddiası ilə bağlı redaksiyamıza sübutlar da təqdim edib. “Misli” Türkiyənin bukmeyker şirkəti olan “Misli.com”un törəməsidir. “Misli.com” ötən ildən Azərbaycanda "misli.az" domeni ilə fəaliyyətə başlayıb. Bu şirkət 2019-cu ildə “Demirören Holding”in tərkibinə daxil edilib. “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sah...
Resim
Bu gün qətlə yetirilmiş yazar Rafiq Tağı yad ediləcək. Hər doğum günündə olduğu kimi bu gün də yazıçının ailə üzvləri, dostları və yaxınları onun «Qurd Qapısı»ndakı məzarını ziyarət edəcək. Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz...
Resim
Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: “Eks-nazir həbs olunur”, “eks-başçının sonu yaxınlaşdı”, “sabiq başçının villaları üzə çıxdı” və s. Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən… Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi… Onu da qeyd edək ki, Vaqif Abdullayev ən qalmaqallı icra başçılarından biri kimi tanınır. Onun icra başçısı olduğu dönəmdə macəraları dəfələrlə mətmuat səhifəsinə yol açıb. Məsələn, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması ...