Kayıtlar

Mart, 2022 tarihine ait yayınlar gösteriliyor
Resim
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun müavinlərinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib. Həmin rayonundakı mənbələrimiz hadisənin təfərrüatı barədə Azinforum.az-a aşağıdakıları söyləyiblər: “İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar. Nəticədə icra başçısının xidməti avtomobili səkiyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub. Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır. Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz a...
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirliyin məlumatında bildirilib ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir. 24saat.org https://bit.ly/3KxsRX2
Resim
Müəllif - YAP Xətai Rayon Təşkilatının Üzvü, İDEA İctimai Birliyin Üzvü və Könüllüsü Fərid Şərifov OXUCU YAZIR Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq ol...
Resim
Ukrayna səmasını bağlamaqdan imtina edən NATO liderləri Ukrayna dövlətinin ərazisini rusların növbəti dəfə bombaması üçün yaşıl işıq yandırıblar. "24 saat" xəbər verir ki, bunu martın 4-də Ukrayna prezidenti Volodimir Zelenski yeni video müraciətində deyib. "Bu gün Alyansın (NATO - red) rəhbərliyi uçuşa qadağa zonası yaratmaqdan imtina edərək, Ukraynanın şəhər və kəndlərinin yenidən bombalanması üçün yaşıl işıq yandırdı. Siz səmanı bağlaya bilərdiniz, amma... Bilmirəm, siz kimisə qoruya bilərsiniz, ya yox. Heç olmasa müttəfiq ölkələri qoruyun. Siz ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bizim qanımızın qarşılığında alacağınız yanacaq üçün özünüzü satırsınız”, - deyə Zelenski bildirib. Prezident hesab edir ki, NATO Ukrayna səmasının bağlanmasının Rusiyanın Şimali Atlantika Alyansına qarşı birbaşa təcavüzünə səbəb olacaq təəssüratı yaradıb. "Bu, zəif, özünə güvənməyənlərin öz-özünə hipnozudur. Baxmayaraq ki, onların silahları bizdən qat-...
Resim
Ukrayna tərəfi müharibədə əsir düşən rusların siyahısını yaydı. Əsir rusların ilkin siyahısı 116 nəfərdən ibarətdir. Xüsusilə də saxlanılanlar arasında 20-30 yaş arası gənclər üstünlük təşkil edir. Müxtəlif hərbi rütbələrin daşıyıcıları əsir götürülüb: sıravi hərbi qulluqçulardan tutmuş taqım komandirlərinə, mexaniklərə, kəşfiyyatçılara və s. Rusiya Federasiyası Federasiyalar Şurasının iclasında bir senator rusların Ukrayna ilə müharibəyə çağırışçıları göndərdiyini və 100 nəfərlik bir bölükdən yalnız dördünün sağ qaldığını bildirib. Ukrayna tərəfinin martın 4-ü səhər saatlarına qədər açıqladığı məlumata görə, düşmən tərəfi 9166 nəfər itki verib. Eyni zamanda, Rusiya yalnız martın 3-də Ukrayna ilə müharibədə 500-dən az hərbçisinin həlak olduğunu bildirib. Xatırladaq ki, Rus işğalçıları özləri ilə Ukraynaya səyyar krematoriyalar gətiriblər. (Krematoriya meyitlərin yüksək temperaturda yandırıldığı yerdir.) Eyni zamanda ruslar əsgərlərinin cəsədini də götürmürlər. Bir neçə gündür ki, Ukray...
Resim
Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib. "24 saat" UNİAN-a istinadən xəbər verir ki, bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski açıqlayıb. Onun sözlərinə görə, hazırda təcili yardım stansiyasına Rusiya hərbçiləri nəzarət edir. "Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə gedəcəkləri halda güllənəcəkləri xəbərdarlığı edilib”,- deyə Jivitski əlavə edib. O, həmçinin qeyd edib ki, bütün mağazalar talan edildiyinə görə şəhər sakinləri ərzaq və digər malları ala bilmirlər.   https://bit.ly/3tyXTqy
Resim
Rusiya ordusunun davranışına və irəliləyişlərin ləngiməsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, onların ehtiyatları əgər indi bitməyibsə də, bazar gününə qədər tükənəcək. "24 saat" xəbər verir ki, bu barədə telemarafon zamanı müharibə zonalarında beynəlxalq araşdırmalar qrupu Bellingcat-ın nümayəndəsi Xristo Qrozyev məlumat verib. “Ordunun davranışına, müəyyən irəliləyişlərin ləngiməsinə əsasən belə qənaətə gəlmək olar ki, onların ehtiyatları bitib, - əgər bitməyibsə də, bazar gününə qədər başa çatacaq. Onların ehtiyatların tükəndiyini anlayaraq yaxın iki gündə nə edəcəkləri çox önəmlidir. Və mən çox qorxuram... “Onlar qarşıdakı günlərdə süquta uğrayacaqlarını anlayaraq öz hərəkətlərini əhəmiyyətli dərəcədə artıra bilərlər”, - Qrozyev bildirib. Təfərrüatlar O, həmçinin izah edib ki, ilkin strategiya blits-buz idi - Kiyevi və böyük şəhərləri iki-üç gün ərzində ələ keçirmək. "Bir həftə keçdi və onların istədiyi kimi keçmədi. İndi görürük ki, reputasiyanın onlar...
Resim
Rusiya prezidenti Vladimir Putin Ukraynada, "xüsusi hərbi əməliyyatının" (işğal - red) plan üzrə getdiyini bildirib, lakin Böyük Britaniyanın müdafiə naziri Ben Uolles fərqli fikirdədir.  "24 saat" xəbər verir ki, nazir bunu BBC -yə müsahibəsində deyib . Uollesin sözlərinə görə, Rusiya planından geri qalıb. “Yaşayış məntəqələrinin və bir sıra şəhərlərin hər gün dəhşətli şəkildə dağıdılmasına və atəşə tutulmasına baxmayaraq, ukraynalılar gün ərzində evlərindən çıxır, müdadfiə olunur, bəzi hallarda düşməni geri çəkilməyə məcbur edir və mübarizəni davam etdirir”, - Uolles bildirib. “Rusiyanın itkiləri - fərarilər və könüllü təslim olanların da sayı çoxdur. Xeyli sayda zirehli texnika və mülki texnika məhv edilib”, Ben Uolles əlavə edib. O, həmçinin rus qoşunlarının Kiyevi ala bilmədiyini qeyd edərək, nəqliyyat vasitələri və qoşunlar üçün ərzaq təminatının zəif planlaşdırılmasına diqqət çəkib. Martın 3-də işğalçı ölkənin prezidenti Vladimir Putin Ukraynada Rusiya ordusu...
Resim
Birləşmiş Qüvvələrin hava hücumundan müdafiə bölməsi Donetsk vilayətinin Volnovaxa yaşayış məntəqəsinin yaxınlığında Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub. Bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu təyyarənin pilotları şəhərin mülki əhalisini və infrastrukturunu vəhşicəsinə bombardman ediblər. Bundan əvvəl Ukrayna hərbçiləri İrpin üzərində Rusiyanın Su-30 təyyarəsini vurub. "24 saat" https://bit.ly/3vwpRWN
Resim
"24 saat" xəbər verir ki, Kiyevdə Cənub Dəmiryol Vağzalına endirilən aviazərbə nəticəsində minlərlə ukraynalı qadın və uşağın təxliyə olunduğu vağzal binası zədələnib. Təfərrüatlar Qeyd olunur ki, mərmi “İbis” otelinin yaxınlığında düşüb, stansiya binası sağ qalıb və cüzi ziyan dəyib. Qeyd olunur ki, stansiyada minlərlə ukraynalı qadın və uşaq təxliyə edilir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Qatarların hərəkəti davam edir. "24 saat" https://bit.ly/3MdyMm1
Resim
"24 saat" xəbər verir ki, çərşənbə günü dörd rus qırıcısı İsveçin hava məkanını pozub. Hərbi Hava Qüvvələri hadisəyə hazırlıq məqsədilə Jas 39 Gripen əməliyyatı keçirib və hadisəni foto şəklində sənədləşdirib. - Bu, hazırlığımızın yaxşı olduğunu göstərir. Biz İsveçin ərazi bütövlüyünü və sərhədlərini təmin etmək üçün orada idik. Biz vəziyyətə tam nəzarət edirik”, - Hərbi Hava Qüvvələrinin komandanı Karl-Yohan Edström deyir. Rusiyanın iki Su-27 və iki Su-24 təyyarəsi İsveçin hava məkanını pozub. Pozuntu qısamüddətli olub və dənizin o tayında, Qotlandın şərqində baş verib. “Mövcud vəziyyətin fonunda biz bu hadisəyə çox ciddi yanaşırıq. Hərbi Hava Qüvvələrinin Baş Komandanı hesab edir ki, bunlar Rusiyanın qeyri-peşəkar və məsuliyyətsiz hərəkətləridir." "24 saat" https://bit.ly/35tVZQ2
Resim
https://bit.ly/35GXkmC
Resim
"24 saat" xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi Aliksey Danilov ölkəsinə qarşı Rusiya təcavüzünün 7-ci günündə baş verən hadisələrlə bağlı hesabat xarakterli paylaşım edib: Həmin paylaşımı təqdim edirik: Qəhrəman Ukrayna Milli Müqavimətinin yeddinci günü! Dünən bütün cəbhələrdə güclü əks-zərbə alan düşmən yenidən qruplaşmaq və əlavə ehtiyatları səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçir. Rusiya işğalçılarının strateji hədəfləri kimi əsas şəhərlər - Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna ordusunun nəzarəti altındadır. Rusiyanın Nikolayev və Sumını bloklamaq və ələ keçirmək üçün böyük resursları cəmləməsinə baxmayaraq, bu şəhərlər müdafiəni uğurla davam etdirir. Düşmən Donetskdə də irəliləyə bilməyib. Rus işğalçıları Polissya və Siversk istiqamətində hücuma hazırlaşır. Moskvadakılar Kiyevi bloklamaqdan ümidlərini üzmürlər. Ancaq bunlar boş cəhdlərdir. Ukrayna kəşfiyyatının və xüsusi xidmət orqanları...
Resim
"24 saat" xəbər verir ki, jurnalist Elena Çiçenina Rus ordusu tərəfindən daim atəş altında saxladığı və quru hücumuna məruz qalan Kiyev yaxınlığındakı Buçadan təzə foto və videolar dərc edib. “Demək olar ki, heç bir əlaqə yoxdur. Bu yaramazların paltarlarının kiçik bir şəklidir "deyə jurnalist yazıb. Xüsusilə, fotoda işğalçıların yandırılmış texnikası, səpələnmiş paltarları və şəxsi əşyaları, həmçinin Rusiya Ordusu yazısı olan quru yeməkləri görə bilərsiniz. "24 Saat" Rus ordusunun "əzəmətini" sübut edən VİDEO VƏ FOTOları təqdim edir: Rus ordusu Video linki - https://youtu.be/r-stWeoZe3w VİDEO ancaq youtube" də izlənə bildiyindən yuxarıdakı link və ya aşağıdakı pəncərədn "YouTube`da izleyin" düyməsinə klik edərək görüntülərə baxa bilərsiniz.   https://bit.ly/3K8MPXV
Resim
ABŞ Prezidenti Joe Biden xalqa müraciətində Rusiyanı növbəti iqtisadi sanksiyaların gözlədiyini açıqlayıb. Biden Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya təcavüzünə Qərbin mümkün reaksiyasını kobud şəkildə hesaba almadığını deyib. "Putinin müharibəsi düşünülmüş və səbəbsiz idi. O, təkrarlanan diplomatik səyləri rədd etdi. O, Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü. Və o, bizi parçalaya biləcəyini düşünürdü. Putin yanıldı. Biz hazır idik", - Joe Biden deyib. ABŞ Prezidenti həmçinin rusiyalı oliqarxların aktivlərinə "əl qoyulacağını" da dilə gətirib. https://bit.ly/35CG5Tk
Resim
Xəbər verdiyimiz kimi Rusiya işğalçı ordusu bu gün Ukrayna mərkəzi telekanalının teleqülləsini raket zərbəsi ilə vurub. Hadisədən saatlar keçdikdən sonra bir çox telekanal rəqəmsal yayımını bərpa etsə də, ərazidə baş verən yanğın və dağıntıların yaratdığı çətinliklər hələ də davam edir. "24 saat" Ukrayna mətbuatının yaydığı xilasetmə görüntülərini təqdim edir: https://bit.ly/36HPQjx